Piyadanın ölümünə görə sürücünün GÜNAHSIZ olduğu ortaya çıxdı

Hazırda oxunan: Piyadanın ölümünə görə sürücünün GÜNAHSIZ olduğu ortaya çıxdı

584664

Bakıda, Ayna Sultanova heykəlinin yaxınlığında baş verən və bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Ali Məhkəmədə hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, iş üzrə təqsirləndirilən Cavid Əsgərovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, piyada yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib. O, digər avtomobilin qarşısından qəflətən qaçaraq yola daxil olub.

Bu səbəbdən Cavid Əsgərovun toqquşmanın qarşısını almaq imkanı olmayıb. Toplanmış sübutlar əsasında məhkəmə Cavid Əsgərovun günahsız olduğunu müəyyən edib.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Cavid İsa oğlu Əsgərov idarə etdiyi "Mercedes-Benz C250" markalı, 99-GC-949 dövlət qeydiyyat nişanlı avtomobillə Atatürk prospekti ilə metronun "Gənclik" stansiyası istiqamətində hərəkətdə olarkən piyadanı vurmuşdu. Ağır xəsarətlər alan piyada Məhəmməd İmaməli oğlu Babaşov xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişmişdi.

Hadisə ilə bağlı Cavid Əsgərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) ilə təqsirləndirilmiş şəxs qismində məsuliyyətə cəlb olunmuşdu. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin