Qəzaya düşən AZAL təyyarəsinin araşdırması nə vaxt başa çatacaq?

Hazırda oxunan: Qəzaya düşən AZAL təyyarəsinin araşdırması nə vaxt başa çatacaq?

584647

Qazaxıstan hökuməti AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın yekun nəticələrini xarici laboratoriyalardan alınacaq rəy təqdim olunduqdan sonra açıqlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbaev daha əvvəl bildirib ki, qəzanın araşdırılması iki istiqamətdə aparılır Biri cinayət işi üzrə Baş Prokurorluğun xətti ilədir, bu çərçivədə Rusiya və Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilir. Digər istiqamət isə Nəqliyyat Nazirliyinin apardığı texniki araşdırmadır.

Nazirliyin məlumatına görə, prosesin tamamlanması üçün təyyarədə istifadə olunan aviasiya və naviqasiya avadanlıqlarının istehsalçıları və lisenziya sahiblərindən son mütəxəssis rəyləri gözlənilir. Bozumbaevin məlumatına görə, hesabat bu ilin sonunda və ya gələn ilin əvvəlində hazır ola bilər.

ICAO qaydalarına görə, hava qəzasının təhqiqatı üzrə yekun hesabat hadisənin baş verməsindən 12 ay ərzində yayımlanmalıdır.

Xatırladaq ki, 2024-cü il 25 dekabrda Bakıdan Qroznıya uçan “Azerbaijan Airlines”ə məxsus Embraer 190 təyyarəsi Aktau yaxınlığında qəzaya uğramışdı. Aviaşirkətin məlumatına görə, bortda 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 29 nəfər sağ qurtulmuşdu. Qazanın səbəbləri ilə bağlı araşdırma davam edir. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin