"Aparılan monitorinqlərə əsasən, əvvəlki dövrlərdə zəif olan məktəblərdə müəyyən irəliləyiş var".
Bizim.Media xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə əgər hansısa məktəbdə keyfiyyət monitorinqi aparılır və məktəbin zəif tərəfləri müəyyənləşdirilirsə, həmin məktəbə müəyyən bir müddət verilir:
“Təxminən 2 ildən sonra həmin məktəb yenidən yoxlanılır. Bu il ərzində aparılmış təkrar monitorinqlərə əsasən, əvvəlki dövrlərdə zəif olan məktəblərdə müəyyən irəliləyiş müşahidə olunub. Bu məlumatlar bizdə mövcuddur. Lakin bu bütün məktəblərə aid deyil. Hələ də ölkəmizin bir çox məktəblərində keyfiyyətin yaxşılaşdırılması üçün gedəcəyimiz uzun yol var”, - deyə nazir müşaviri vurğulayıb.
Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:12 / 09.12.2025
“Əvvəlki dövrlərdə zəif olan məktəblərdə müəyyən irəliləyiş var” – Elnur Əliyev
Hazırda oxunan: “Əvvəlki dövrlərdə zəif olan məktəblərdə müəyyən irəliləyiş var” – Elnur Əliyev
Hazırda oxunan: “Əvvəlki dövrlərdə zəif olan məktəblərdə müəyyən irəliləyiş var” – Elnur Əliyev
584626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































