Evlərini kirayə verənlərin nəzərinə: 10 faiz vergi tutulacaq

Hazırda oxunan: Evlərini kirayə verənlərin nəzərinə: 10 faiz vergi tutulacaq

584611

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14% verginin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklərdə bu hədd 10%-ə endirilir.

Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 10 faiz dərəcə ilə vergini ödəyəcək və vergi uçotuna alınıb bəyannamə verəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin