Nəriman Həsənzadənin sağlamlıq durumu açıqlandı

Hazırda oxunan: Nəriman Həsənzadənin sağlamlıq durumu açıqlandı

584605

Xalq şairi Nəriman Həsənzadənin Mərkəzi Klinikada reanimasiya şöbəsində müalicə olunur, hazırsa dializ edilmir.

Bizim.Media xəbər verir ki, bu barədə Pravda.az-a açıqlamasında şairin köməkçisi Arif Mehmandost məlumat verib.

“Həkimlər vəziyyətə nəzarət edirlər. Lazım olarsa, yenə dializ edəcəklər. Allaha şükür, huşu yerindədir, amma klinikada saxlayırlar ki, Allah eləməsin, birdən nəsə olsa, vaxtında müdaxilə edə bilsinlər. Kim zəng edib maraqlanırsa, özünə deyirik. Hamıya təşəkkür edir. Allah razı olsun. Mədəniyyət Nazirliyi də maraqlanır. Nazir Adil Kərimli də hər iki-üç gündən bir zəng edir. Sağ olsun”, – A.Mehmandost bildirib.


Xatırladaq ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar noyabr ayından xəstəxanaya yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin