“Cari ilin 11 ayında Ümumi Daxili Məhsul 1.6% artmışdır, o cümlədən qeyri neft-qaz sektorunda 3.2% artım, neft-qaz sektorunda isə 1.8% azalma qeydə alınıb. İqtisadi artımın dinamikasında nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi zamanı deyib.
“Ölkəmizin strateji valyuta ehtiyatları ildən-ilə artır və bu ilin əvvəlindən də əhəmiyyətli dərəcədə - 12,5 milyard dollar artaraq 83,5 milyard dollardır. Bu da manat ifadəsi ilə 142 milyard manatdır ki, 2025-ci ilə gözlənilən ÜDM-in həcmini (130 mlrd.manat) üstələyir.
Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur. Bu gün dünyanın iki aparıcı reytinq agentliyi (“Moody’s” və “Fitch”) ölkəmizin kredit reytinqini yüksəldib. Bu, ölkəmizdə iqtisadi dayanıqlığın, fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir”, - deyə Baş nazir qeyd edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:52 / 09.12.2025
Əli Əsədov: “Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur”
Hazırda oxunan: Əli Əsədov: “Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur”
Hazırda oxunan: Əli Əsədov: “Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur”
584604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































