"Metodist müəllimlər sertifikasiyadan yüksək bal toplayanlar arasından seçiləcək" – Elnur Əliyev

Hazırda oxunan: "Metodist müəllimlər sertifikasiyadan yüksək bal toplayanlar arasından seçiləcək" – Elnur Əliyev

584599

"Metodist müəllimlər sertifikasiyadan yüksək bal toplayanlar arasından seçiləcək".

Bizim.Media xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev bu gün keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransda qeyd edib.

O, məktəblərə metodik dəstəyin verilməsiylə bağlı çıxışında bildirib ki, metodistlər müəllimlərə birbaşa məktəbdə dəstək verirlər:

"Onların məktəbdə ən mühüm işlərindən biri qarşılıqlı öyrənməni inkişaf etdirməkdir. Müəllim metodistlər sertifikasiyadan yüksək bal toplayan müəllimlər arasından seçiləcək. Bunun üçün son illər şərtləri ödəyən 500 müəllim müraciət edib və 350-si seçilib. Onlar üçün aylıq görüşlər, seminarlar təşkil olunacaq. Müəllimlər bu işlə məşğul olaraq həm aylıq gəlirlərini, həm də rifahlarını yüksəldəcək".

Elnur Əliyev "Müəllim inkişaf portalı" və onun məqsədlərindən danışıb:

"Müəllim inkişaf portalının məqsədi yeni texnologiyaların məktəblərə, metodik dəstəyə gətirilməsidir. Bu portalda bütün dərsdinləmənin datası toplanır. İl ərzində 10 minlərlə data dinlənir. Çalışırıq ki, müəllimə göstərilən metodik dəstək dataya əsaslansın. Cari il portalda 22 min dərsdinləmə toplanıb, 12 mindən çox müəllimə təlim, 4200 isə metodik görüş keçirilib. Həmçinin portalda 91 resurs yerləşdirilib".

Qeyd edək ki, konfrans Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin