"Yol hərəkətinin təhlükəsizliyi təkcə qaydalara riayət etməklə deyil, bütün hərəkət iştirakçılarının qarşılıqlı məsuliyyət hissi ilə təmin olunur. Qaydalara əməl edən, keçidi gözləyən, yolun kənarında dayanan və düzgün davranış nümayiş etdirən piyadalar belə bəzən başqalarının diqqətsizliyinin təsiri ilə risklə üzləşə bilirlər".
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində bildirilib.
Müraciətdə qeyd olunur ki, nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmə və ya yola kifayət qədər nəzarət etməmə nəticəsində baş verən qəzalar çox vaxt ağır nəticələrə gətirib çıxarır:
"Belə hallarda piyadanın təhlükədən yayınması adətən mümkün olmur. Yalnız nadir məqamlarda çevik reaksiya və saniyələr içində verilən düzgün qərar insanın özünü qorumasına imkan yaradır.
Sürücüləri daha diqqətli və məsuliyyətli olmağa, piyadaları qaydalara uyğun hərəkət etməyə çağırırıq.
Unutmayaq ki, yollarda təhlükəsizlik hər birimizin düşünülmüş və doğru qərarlarından başlayır".
Bakıda piyadalar dəhşətli qəzanın qurbanı olmaqdan son anda xilas olmasının görüntülərini təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:56 / 09.12.2025
Bakıda piyadalar ölümdən son anda xilas oldular - ANBAAN VİDEO
Hazırda oxunan: Bakıda piyadalar ölümdən son anda xilas oldular - ANBAAN VİDEO
Hazırda oxunan: Bakıda piyadalar ölümdən son anda xilas oldular - ANBAAN VİDEO
584588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































