“3600-dən çox məktəb yenidən tikilib” – Nazir müavini

Hazırda oxunan: “3600-dən çox məktəb yenidən tikilib” – Nazir müavini

584585

"Son illər 3600-dən çox təhsil müəssisəsi ya yenidən tikilib, ya da bərpa olunub".

Bizim.Media xəbər verir ki, bu sözləri Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu gün keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi : təcrübələr və yeni yanaşmalar” adlı beynəlxalq konfransda qeyd edib. Nazir müavini bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə islahatlar keçirilir. Keçirilən islahatlar ümumtəhsildən də yan keçməyib:

“"STEAM" təhsilinə 300 mindən çox, "Rəqəmsal bacarıqlar" layihəsinə 500 mindən çox şagird qoşulub. 400 məktəb yeni metodik vasitələrlə təmin olunub. 2000-dən çox məktəbdə yenilənmiş monitorinq aparılır. 80 mindən çox müəllim isə sertifikasiyadan keçib".

Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin