90 yaşlı QAT üzvünün haqqında kitab çapdan çıxıb

Hazırda oxunan: 90 yaşlı QAT üzvünün haqqında kitab çapdan çıxıb

58457

Moderator.az xəbər verir ki, 90 yaşlı QAT üzvü, texnika elmləri doktoru, professor Əhəd İbrahimovun həyat, döyüş, mübarizə yolu haqqında “Görkəmli alim” kitabının təqdimatı keçirilib. Kitabın müəllifi Zahidə Vulkan, QAT sədri Akif Nağı, QAT Ağsaqqallar Şurasının üzvləri Yusif Səmədov, Nadir Ağayev, Şahmar İbrahimov, QAT İdarə Heyətinin və Ali Məclisinin üzvləri Fəridə Əsgərova, Svetlana Şuşalı, Tahir Məmmədov, Fəxrəddin Səfərov, Novruz İbrahimli, elmi ictimaiyyət nümayəndələri Aydın Hacıyev, Arif Binyətov, Səfa Axundov, yubilyarın yaxınları Fəridə İbrahimova, Gülida Azadova, Yeganə Azadova və digərləri yubilyara ürək sözlərini və təbriklərini çatdırıblar. Əhəd İbrahimov Şuşa şəhərində anadan olub, II Dünya müharibəsinin ilk günlərindən cəbhəyə yola düşüb, artilleriya komandiri kimi şərəfli döyüş yolu keçib, müharibədən sonra təsərrüfat işlərində, daha sonra isə elm və təhsil sahəsində çalışıb, Azərbaycan Neft Akademiyasında professor, elmlər doktoru dərəcəsinə çatıb, Qarabağ müharibəsinin ilk günlərindən də mübarizənin ön sıralarında olub, hazırda QAT Ağsaqqallar Şurasının üzvü kimi səmərəli fəaliyyətini davam etdirir. Yubilyar sonda çıxış edərək kitabın hazırlanmasında zəhməti olanlara, ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirib, tədbirdə iştirak edənlərə tövsiyyə və xoş arzularını çatdırıb, hamını Qarabağ uğrunda qətiyyətli mübarizəyə çağırıb.

 

  

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin