Analoqu olmayan Bakı avtobusları - FOTO

Hazırda oxunan: Analoqu olmayan Bakı avtobusları - FOTO

58436
Bakıda sərnişin avtobuslarında sərnişinlərin qapılardan sallanması ilə bağlı şikayətlərdən biri Mehdiabad qəsəbəsindən gəlib. 

ANS PRESS-in “qaynar xətti”nə gələn şikayətə əsasən bu qəsəbədə işləyən 179 saylı avtobus səhər saatlarında basabas olur. Hətta sərnişinlər qapıdan sallanırlar.

Bununla əlaqədar avtobusu tabe olduğu şirkətlə əlaqə saxladıq. Şirkətdən verilən məlumata görə, 179 saylı avtobusun işlədiyi yollar bərbad gündədir. Bundan da əlavə, həmin istiqamətdə səhər və axşam saatlarında dəhşətli tıxac olur. Bu səbəbdən də avtobuslar yollarda qalır. Bəziləri isə xarab olur.

“Düzdür biz sürücülərimizə tapşırmışıq ki, qapı açıq avtobus sürməyin. Amma hamının üstündə bir nəzarətçi saxlaya bilmirik. Belə hallara rast gələndə sürücüləri cəzalandırırıq. Amma yolların bərbad olması vəziyyəti ağırlaşdırır”, - deyə şirkətdən bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin