Hobbisi idi, indi 15 manata satır: Alıcılar istifadə etməyə qıymır - FOTO

Hazırda oxunan: Hobbisi idi, indi 15 manata satır: Alıcılar istifadə etməyə qıymır - FOTO

584358

Türkiyədə yaşayan Rabia Çelik dörd il əvvəl hobbi kimi başladığı şam hazırlama məşğuliyyətini peşəkar işə çevirib. 

Bizim.Media xəbər verir ki, evindəki bir otağı atelyeyə çevirən Çelik öz dizaynı olan xüsusi qəliblərlə hazırladığı dekorativ şamları açdığı stentdə nümayiş etdirir. 

Estetik görünüşü və fərqli formaları ilə diqqət çəkən şamlar həm yerli sakinlərdən, həm də şəhəri ziyarət edən turistlərdən böyük maraq görür.

Rabia Çelik bildirib ki, standart şam modellərindən uzaqlaşıb daha estetik və fərqli dizaynlar yaratmağa çalışır: 

"Bazardakı standart məhsullardan fərqlənmək üçün qəliblərin böyük hissəsini 3D printerlə özüm hazırlayıram. Bu modelləri başqa yerdə tapmaq çətindir. Xammal kimi orqanik soya şamı istifadə edirəm, lakin məhsulların qəlibdən çıxarkən çatlamaması və möhkəmliyini artırmaq üçün qarışığa 10 faiz parafin əlavə edirəm. Hər zaman estetik görünüşü ön planda saxlayıram."

Çelik "İnsanlar dizaynların gözəlliyini görüb adətən 'Bunları necə yandıraq? Qıymarıq!' deyirlər.

Məhsullar dekorativ fiqur kimi görünsə də, yandırıldığında içindəki sədəf effektinə görə çox gözəl rəng keçidləri və parıltılar ortaya çıxır." deyə bildirib.

Onun sözlərinə görə, şamların qiyməti modelə görə dəyişir - 75 lirədən başlayıb 350 lirəyə qədər yüksəlir. (milli.az)






Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin