Astarada oğul anasını döyüb.
Bizim.Media xəbər verir ki, hadisə Astara şəhərində qeydə alınıb.
26 yaşlı Vüqar Nəzərov (ad və soyad şərtidir) narkotik və psixotrop maddələrin təsiri altında anası ilə mübahisə edib. Mübahisə zamanı Vüqar anasına şillə ilə iki dəfə zərbə vurub.
O, ifadəsində anasının ona soyuq və laqeyd münasibət göstərdiyini deyərək, bundan gileylənib. Vüqar hadisənin məhz bu səbəbdən baş verdiyini bildirib.
O, qadının şikayəti əsasında polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 206-cı (qanunsuz olaraq narkotiklərin istehlakı, şəxsi istifadə üçün hazırlanması, daşınması, saxlanılması və ya göndərilməsi) maddələrilə protokol tərtib olunub.
Astara rayon Məhkəməsinin qərarı ilə Vüqar Nəzərov barəsində 2 aylıq inzibati həbs cəzası verilib. (lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
06:19 / 07.12.2025
Astarada anasını döyən oğul HƏBS OLUNDU
Hazırda oxunan: Astarada anasını döyən oğul HƏBS OLUNDU
Hazırda oxunan: Astarada anasını döyən oğul HƏBS OLUNDU
584212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































