Paytaxtda oğurluq edənlər saxlanıldı

Hazırda oxunan: Paytaxtda oğurluq edənlər saxlanıldı

584141

Nizami rayonu ərazisində gecə saatlarında avtomobil təmiri sexlərindən birinin qarşısından 2000 manat dəyərində 2 mühərrik və dəmir materiallar oğurlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
 

Qeyd edilib ki, Nizami RPİ-nin 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı N.Hüseynov müəyyən olunaraq saxlanılıb.


Həmçinin Nərimanov rayonunda marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən 26 yaşlı E.Məlikzadə də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin