"Spotify" 2025-ci ilin ən məşhur mahnısını AÇIQLADI

Hazırda oxunan: "Spotify" 2025-ci ilin ən məşhur mahnısını AÇIQLADI

584067

"Spotify" platforması 2025-ci ilin ən çox dinlənilən musiqiçiləri, mahnıları və albomlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, dördüncü dəfə (2020, 2021 və 2022-ci illərdən sonra) əsas artist titulu "Bad Bunny"yə məxsus olub.

Onun mahnıları platformada 19,8 milyard dəfə dinlənilib. Beşlikdə həmçinin Teylor Svift (dünya üzrə ikinci, ABŞ-də birinci), "The Weeknd", Dreyk və Billi Ayliş yer alıb.

İlin ən populyar mahnısı Lady Qaqa və Bruno Marsın ifa etdiyi “Die With a Smile” olub. Bu trek 1,7 milyard dinlənmə toplayıb. Billi Aylişin “Birds of a Feather” mahnısı isə 2024-cü ildə üçüncü yerdə olsa da, bu il ikinci yeri tutub.

Üçüncü pillədə isə "Blackpink" qrupunun solisti Rozé və Bruno Marsın birgə ifa etdiyi “Apt” yerləşib. İlk beşliyi Aleks Uorrenin “Ordinary” və "Bad Bunny"nin “DtMF” mahnıları tamamlayır.
Puertorikolu ifaçı "Bad Bunny"nin “Debí Tirar Más Fotos” adlı musiqi toplusu isə ilin ən çox dinlənilən albomu olub. İkinci yerdə Netflix-in “K-pop-ovçuları: Demon Hunter” filminin saundtreki qərarlaşıb. Billi Aylişin “Hit Me Hard and Soft” (üçüncü), Sabrina Karpentərin “Short n’ Sweet” (beşinci) və SZA-nın “SOS Deluxe: Lana” (dördüncü) albomları da top beşlikdə qərarlaşıb. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin