Bakıda uşağa iynə vuran dayə polisə çağırılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, şikayət ərizəsi əsasında həmin dayə Polis Şöbəsinə dəvət olunub və onun izahatı alınıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda dayədən dəhşətli əməl: Uşağa şprislə işgəncə verdi - VİDEO
Araşdırmalardan sonra dayənin etdiyi əmələ hüquqi qiymət veriləcək.
Qeyd edək ki, ötən gün sosial şəbəkədə dayənin azyaşlıya şpris batırmasını əks etdirən görüntülər yayılmışdı.
Bizim.Media