Şərurda evlərdən oğurluq edən şəxslər SAXLANILDI

Hazırda oxunan: Şərurda evlərdən oğurluq edən şəxslər SAXLANILDI

583347

Şərur rayonunda oğurluq hadisəsi  baş verib. Rayonun Tumaslı kəndində  yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 300 manat dəyərində qızıl-zinət əşyasının və  310 manat  pul vəsaitininin naməlum şəraitdə oğurlanmasını bildirib.

Bizim.Media xəbər verir ki, Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ülvi Tağıyev müəyyən edilərək saxlanılıb.
 

Araşdırmalarla Ü.Tağıyevin rayon ərazisində yerləşən digər bir evdən ayrı-ayrı vaxtlarda  ümumilikdə 3000 manat dəyərində qızıl-zinət əşyası və 50 manat  pul vəsaiti oğurlanması da məlum olub.


İdarə əməkdaşları tərəfindən keçirilən digər tədbirlə isə rayon ərazisindəki evlərin birindən  430 manat nağd pul oğurlamaqda şübhəli bilinən Y.Sadiqov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin