Sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı məhkəmə prosesi başlayıb.
Bizim.Media-nın xəbərinə görə, Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, E. Məmmədov məhkəməyə məktub göndərib və üzrlü səbəbdən prosesdə iştirak edə bilməyəcəyini bildirib.
Daha sonra xüsusi ittiham qaydasında şikayət verən AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Kamal Əliyev şikayətlə bağlı məhkəməyə əlavə ərizə təqdim edib.
O bildirib ki, məhkəməyə şikayət verdikdən sonra Elton Məmmədov "YouTube" kanallarından birində çıxış edərək onu yenidən təhqir edib. Məhkəmə ərizəni baxılmamış saxlayıb.
Növbəti iclas fevralın 9-da keçiriləcək.
Qeyd edək ki, E. Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub. Səbail rayon Məhkəməsinə müraciət edən şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.
Xatırladaq ki, Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:09 / 02.02.2022
Elton Məmmədovun məhkəməsi başladı
Hazırda oxunan: Elton Məmmədovun məhkəməsi başladı
Hazırda oxunan: Elton Məmmədovun məhkəməsi başladı
58325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.