DOST mərkəzlərinə ötən dövrdə 700 mindən çox vətəndaş müraciəti qeydə alınıb və DOST xidmətlərindən vətəndaş məmnunluğu səviyyəsi 98 faizdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, həmin uğurun əldə olunmasında “Könüllü DOST” proqramının iştirakçıları da dəstəyini verir.
Ötən dövrdə DOST mərkəzlərinə “Gənc DOST” altproqramı üzrə 1700-ə yaxın gənc könüllü cəlb olunub.
Onlar mərkəzlərdə vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində köməklik göstərirlər.
Həmçinin vətəndaşların məlumatlandırılması, xidmətlər üzrə sənədlərin siyahısı ilə tanış edilməsi, onların müxtəlif anket, forma və s. doldurmalarında yardım edilməsi, mərkəzlərə gələn əlilliyi olan şəxslərə diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və s. işləri yerinə yetirirlər.
“Gənc DOST” altproqramının gənclər üçün əhəmiyyəti işgüzar vərdişlər əldəetmə, fərdi inkişaf, asudə vaxtın səmərəli keçirilməsi, yeni dostlar və karyera yolunda ilk uğurlu addımların təməli baxımından faydalıdır.
Könüllülərin dünyagörüşlərinin inkişaf etdirilməsi məqsədilə DOST Agentliyində “Könüllü klubları” layihəsi də həyata keçirilir.
Həmin klublar şahmat, film, yaradıcılıq və başqa sahələri əhatə edir. Layihə çərçivəsində hər həftə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:50 / 02.02.2022
DOST mərkəzlərinə cəlb edilən gənc könüllülərin sayı açıqlandı – FOTO
Hazırda oxunan: DOST mərkəzlərinə cəlb edilən gənc könüllülərin sayı açıqlandı – FOTO
Hazırda oxunan: DOST mərkəzlərinə cəlb edilən gənc könüllülərin sayı açıqlandı – FOTO
58310
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.