Ana övladlarını və özünü binadan atdı

Hazırda oxunan: Ana övladlarını və özünü binadan atdı

5829

Bakıda ana iki azyaşlı övladını dördüncü mərtəbədən atdıqdan sonra özü də intihara cəhd edib.

Bizim.Media-nın verdiyi xəbərə görə, hadisə bu gecə saatlarında Yasamal rayonunun Kənar Dairəvi yol-2 ünvanında baş verib.

1991-ci il təvəllüdlü N. C. 4 və 2 yaşlı oğlanlarını yaşadıqları evin eyvanından yerə atıb. Onların ardıyca isə özü də tullanıb.

İlkin məlumata görə, hər üçü kəllə-beyin travması alıb, sınıq-çıxıqları və ya digər xəsarətləri yoxdur.

Qadın ifadəsində bildirib ki, əri Cavid Cəfərov narkotik aludəçisidir və azyaşlı oğlanlarında da bu vərdişi yaratmağa çalışır. Ərinin bu hərəkətlərinə  dözməyərək  övladlarını və özünü öldürmək qərarına gəlib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Cavid Cəfərov isə saxlanılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin