Xəbər verdiyimiz kimi, Yevlax rayonunda Vətən Müharibəsi dövründə ermənilərin atdığı kasetli bombanın partlaması nəticələsində Aran qəsəbə sakini, 26 yaşlı İsmayıl Mikayılov həyatını itirib.
Bizim.Media-nın Qarabağ bürosunun qəsəbə sakinlərindən əldə etdiyi məlumata görə, qeyd olunan ərazi neft-boru kəmərinin yaxınlığında yerləşir.
MÖVZU İLƏ BAĞLI:
Yevlaxda kasetli bomba partladı, ölən var
Həmin əraziyə 44 günlük müharibə zamanı bomba atılıb, lakin partlamayıb.
Eyni zamanda aidiyyatı qurumlar bombanın düşdüyü bölgəni təftiş edərək, bombanı ərazidən götürməyin təhlükəli olduğunu bildiriblər.
Ərazi fermaların yaxınlığında yerləşdiyindən, heyvandarlıqla məşğul olanlar tez-tez həmin sahədən keçirmiş.
Bizim.Media