Gəncədəki ağır qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA

Hazırda oxunan: Gəncədəki ağır qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA

582769

Bu gün Gəncədə 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı “BakuBus” MMC açıqlama yayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Gəncədəki qəzada ölən və xəsarət alan şəxslərin kimliyi BİLİNDİ - FOTO


Bizim.Media xəbər verir ki, məlumatda deyilir:

“Bu gün saat 16:17 radələrində “BakuBus” MMC-nin istismarında olan, Gəncə şəhərində 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 77-JZ-618 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə Mirzə Şəfi Vazeh küçəsi 15 ünvanında yol-nəqliyyat hadisəsi baş verib.
 

İlkin məlumata əsasən, avtobus sərnişinlərin minib-düşməsi zamanı dayanacaqda olarkən digər nəqliyyat vasitəsi avtobusun arxa hissəsinə çırpılıb. Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib və hazırda araşdırma aparılır.


“BakuBus” olaraq digər yol hərəkəti iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin