Şərur rayonunda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb.
Bizim.Media nuhcixan-a istinadən xəbər verir ki, hadisə rayonun Gümüşlü kəndində qeydə alınıb.
Belə ki, 1954-cü il təvəllüdlü Yusif Əliyev idarə etdiyi "MAZ" markalı yük avtomobilini geriyə sürərkən 1950-ci il təvəllüdlü İsmayılova Leyla Hüseyn qızını vurub.
Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Bizim.Media































































































