Gəncədəki qəzada ölən və xəsarət alan şəxslərin kimliyi BİLİNDİ - FOTO

Hazırda oxunan: Gəncədəki qəzada ölən və xəsarət alan şəxslərin kimliyi BİLİNDİ - FOTO

582745


Gəncədə baş verən ağır qəzada ölən və xəsarət alanların şəxsiyyəti müəyyənləşib.
 

MÖVZU İLƏ BAĞLI: 

Gəncədə avtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alan şəxslərin SON DURUMU


Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Gülüstan qəsəbəsində
VAZ markalı minik avtomobilinin BAKU BAS" MMC -yə məxsus 4 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb.

Nəticədə minik maşınında olan 2006-cı il təvəllüdlü Qurban Cəbrayılov dünyasını dəyişib.
 

Qəza zamanı minik avtomobilində olan daha iki nəfər, Göygöl rayon sakinləri 2005-ci il təvəllüdlü Əli Abdullayev və 2004-cü il təvəllüdlü Ramin Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncədəki xəstəxanalardan birinə yerləşdiriliblər.


Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin