Gəncədə avtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alan şəxslərin SON DURUMU

Hazırda oxunan: Gəncədə avtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alan şəxslərin SON DURUMU

582741

Gəncədə minik avtomobilinin avtobusla toqquşması zamanı xəsarət alan şəxslərin son vəziyyəti ilə bağlı rəsmi açıqlama verilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Gəncədə minik maşını sərnişin avtobusu ilə toqquşdu: Ölən və xəsarət alanlar var


Bizim.Media-nın yerli bürosuna Gəncə Birləşmiş Xəstəxanasından verilən məlumata görə, 27.11.2025-ci il tarixində saat 16:50 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
 

"2004-cü il və 2005-ci il təvəllüdlü şəxslərə sol bazu sümüyünün, qabırğaların və biləyin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.


Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir”.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin