Gəncə Xəstəxanasında ürək əməliyyatları da İCRA OLUNACAQ - FOTO

Hazırda oxunan: Gəncə Xəstəxanasında ürək əməliyyatları da İCRA OLUNACAQ - FOTO

582726

“Gəncə şəhər Birləşmiş Xəstəxanasına 28 tibb müəssisəsi tabedir və gündəlik həmin xəstəxanalara 4-5 min vətəndaş müraciət edir. Vətəndaşlara göndərişlər, əsasən, kardioloji əməliyyatlar, ürək -damar sisteminin stendləşdirilməsi, ağır beyin əməliyyatlarına görə verilir”.

Bunu Bizim.Media-ya açıqlamasında Gəncə şəhər Birləşmiş Xəstəxanasının rəhbəri İlkin İsmayılov deyib.

O bildirib ki, irəliləyən zamanda ürək-damar sisteminin əməliyyatları da Gəncə şəhər Birləşmiş Xəstəxanasında və ona tabe olan tibb müəssisələrində həyata keçiriləcək:

"Bizdə əvvəllər beyin cərrahı yox idi. Hazırda beyin cərrahı cəlb etmişik. Əvvəllər qulaq-burun-boğaz əməliyyatları üçün də vətəndaşlara göndəriş verilirdi. Artıq bir ildən çoxdur bu əməliyyatlar öz tibb müəssisələrində aparılır. Dəqiq tarix məlum olmasa da, irəliləyən zamanda ürək-damar əməliyyatlarını da özümüz icra edəcəyik".



Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin