Azərbaycanlı gənc ABŞ-ın nüfuzlu universitetlərindən birinə qəbul olub.
Bizim.Media xəbər verir ki, ABŞ-ın Stenford Universitetinə qəbul olan 18 yaşlı Rəmzi Fərzəliyev “Talent Assessment” mərhələsində 3.85/4 nəticə əldə edib.
Onun süni intellekt təqdimatındakı transformator əsaslı modellər, data pipeline-lar, dərin öyrənmə arxitekturası və real vaxt performansı Stenford komissiyası tərəfindən yüksək texniki göstəricilərlə qiymətləndirilib və qəbulunu əsaslandırıb.
18 yaşlı gənc hazırda da bir neçə texnoloji layihə üzərində işləməyə davam edir.
O, Bizim.Media-ya açıqlamasında həmin layihələrdən bəhs edib.
“Hazırda inkişaf etdirdiyim “Nova AI”, “StyleShift AI” və “Crais Technologies” layihələri multimodal modellər, “diffusion-based” görüntü generasiyası, “real-time” səs emalı və “cloud-native” mikroservis inteqrasiyası üzərində qurulub və real istifadə mühitlərində tətbiq olunur”.
Müsahibimiz bildirib ki, o, orta məktəb təhsilini İsraildə alıb. Ancaq nailiyyətini bölüşməsində əsas məqsədi azərbaycanlı gənclərə motivasiya olmaqdır.
“Əslən Azərbaycanlıyam və ailəm də oradan köçüb, amma ilk 6 il xaric orta təhsil prosesim İsraildə keçib.
Azərbaycanlı gənclərə demək istəyirəm ki, düzgün texniki istiqamət və ardıcıl inkişaf yolu ilə Stenford kimi universitetlərdə oxumaq tam real və əlçatandır”.
Qeyd edək ki, Stenford Universiteti dünyada ən yüksək reytinqli universitetlərdən biridir. Universitetin akademik heyətində təxminən 20 Nobel mükafatı laureatı olan müəllim var.
Nəzrin Mirzəyeva, Bizim.Media






























































































