804 uşaq övladlığa götürülüb - Ən çox bu rayonlardadır

Hazırda oxunan: 804 uşaq övladlığa götürülüb - Ən çox bu rayonlardadır

582699

2019-cu ildən indiyədək respublika üzrə ümumilikdə 804 uşaq övladlığa verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib.

Statistikaya əsasən, ən çox müraciət paytaxt sakinləri tərəfindən edilib və bu günədək 355 uşaq övladlığa verilib.

Bununla yanaşı, Abşeron rayonu üzrə 47 uşaq, Sumqayıt şəhəri üzrə 33 uşaq övladlığa verilib.

Siyahıda Sabirabad, Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Bərdə, İmişli və Ağcabədi rayonları da ilk sıralardadır.
 

Qeyd edilib ki, övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsi 2019-cu ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Hazırda övladlığa götürmək istəyən şəxslər “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə müraciətlərini elektron qaydada təqdim edə bilirlər.


Qanunvericiliklə müəyyən edilmiş yaş həddi, sağlamlıq, ev şəraiti, gəlir tələblərini ödəyən subay və ya evli Azərbaycan Respublikası vətəndaşları övladlığa uşaq götürə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin