Ünvanlı sosial yardım alanların SAYI AÇIQLANDI

Hazırda oxunan: Ünvanlı sosial yardım alanların SAYI AÇIQLANDI

582695

2025-ci ilin III rübünə dair rəsmi statistikaya əsasən respublika üzrə 75 312 ailə ünvanlı dövlət sosial yardımı alıb. Ötən ilin analoji dövründə isə bu rəqəm 78 892 olub.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumatda bildirilib ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən verilən pul yardımıdır:

“Bu yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə təyin edilir.

Burada ehtiyac meyarı dedikdə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd başa düşülür.

Qeyd edilib ki, qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər ünvanlı dövlət sosial yardımı məqsədləri üçün ailə kimi qəbul edilir”.

Xatırladaq ki, hazırda ehtiyac meyarı və yaşayış minimumu 285 manatdır, gələn ildən isə 300 manat olacağı proqnozlaşdırılıb.

Bu il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

2026-cı ildə isə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat proqnozlaşdırılır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin