Bu gün "Xəzər" TV-də "İncə Səhər" verilişinin yayımının yarımçıq dayandırılmasına aydınlıq gətirilib.
Bizim.Media xəbər verir ki, bu barədə televiziya məlumat yayıb.
Bildirilib ki, bu gün saat 10:38-də "Xəzər" TV-də "İncə Səhər" verilişinin yayımı zamanı texniki problem yaranıb:
MÖVZU İLƏ BAĞLI:
Vüsalənin verilişi yarımçıq dayandırıldı - Video
"Sözügedən verilişin bu həftə efirə getmiş bütün buraxılışları öncədən çəkilib. Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb.
Bu gün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. 1-ci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və 2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb. Fayl "Playout" sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihazsəviyyəli nasazlıq yaradıb, nəticədə də verilişin tam yayımı mümkün olmayıb.
"Xəzər" TV olaraq yaranmış narahatlığı anlayışla qarşıladıqları və efirimizi diqqətlə izlədikləri üçün izləyicilərimizə minnətdarlığımızı bildiririk".
Qeyd edək ki, verilişin aparıcısı Vüsalə Əlizadədir.
Bizim.Media
































































































