Abşeronda dəhşətli QƏZA: Ölən var - VİDEO

Hazırda oxunan: Abşeronda dəhşətli QƏZA: Ölən var - VİDEO

582625

Abşeron rayonunda, Məmmədli–Fatmayı yolunda yol qəzası baş verib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya verilən xəbərə görə, hadisə noyabrın 26-da baş verib.

“Chevrolet” markalı avtomobilin sürücüsü E. Ələsgərov dünyasını dəyişib. İlkin ehtimala görə, faciəyə sürücünün sürət həddini açması və əks zolağa çıxması səbəb olub.

"Sürücülər, xahiş edirik — sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq!", BDYPİ-dən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin