Müdafiə Nazirliyinin zabiti İsmayıl Əzimli vəfat edib.
Bizim.Media xəbər verir ki, N saylı hərbi hissədə xidmət edən zabitin ölüm səbəbi hələlik açıqlanmayıb.
Mərhum İsmayıl Əzimlinin atası Elman Məhərrəmov Birinci Qarabağ müharibəsində şəhid olub.
İ. Əzimli isə Vətən Müharibəsinin iştirakçısı idi və ölümünə qədər Azərbaycan Ordusunun sıralarında xidmətini davam etdirirdi.

Sabutay, Bizim.Media, Cənub bürosu



































































































