Yağlı süd içənlərə TÖVSİYƏ

Hazırda oxunan: Yağlı süd içənlərə TÖVSİYƏ

582619

Yağlı süd zərərlidir.

Bizim.Media xəbər verir ki, bunu diyetoloq və qastroenteroloq Nuriyə Dianova bildirib.

Onun fikrincə, tam yağlı südün (3,8% yağlılıq) istifadəsi ölüm riskinin artıra bilər.

Dianova qeyd edib ki, alimlər uzun müddətdir süd məhsullarının ürək və damar sağlamlığına təsirini araşdırır. Bu il Norveçdə aparılan böyük bir tədqiqatın nəticələri elmi jurnalda dərc olunub. Tədqiqatçılar tam və az yağlı südün ürək-damar xəstəlikləri ilə əlaqəsini müəyyənləşdirməyə çalışıblar.

Onun sözlərinə görə yüksək süd istehlakı ümumi və ürək-damar ölüm riskinin artması ilə bağlıdır. Xüsusilə tam yağlı südün istehlakı işemik xəstəliyi və ümumi ölüm hallarının artması ilə əlaqəlidir.

Ən güclü təsir qadınlarda müşahidə olunub. Hər gün istehlak edilən 100 qram tam yağlı süd ürək-damar ölüm riskini artırır. Həkim ürək və damar sağlamlığı üçün tam yağlı südü az yağlı və ya yağsız süd ilə əvəz etməyi tövsiyə edib. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin