Cəlilabadda baytarlıq ekspertizasından keçirilməyən ət məhsulları satışdan ÇIXARILDI - FOTO

Hazırda oxunan: Cəlilabadda baytarlıq ekspertizasından keçirilməyən ət məhsulları satışdan ÇIXARILDI - FOTO

582584

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Cəlilabad rayonunun Cavadxan küçəsində fiziki şəxs Quliyev Şamil Əzim oğluna məxsus ət satışı məntəqəsində ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib.

Ət məhsulları satışdan çıxarılaraq möhürlənib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Araşdırmalar davam etdirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin