Pirallahı Rayon İcra Hakimiyyətinin başçı Vasif İmanovun qurumun apartında çalışan işçiləri tarix, informatika, məntiq fənlərindən imtahan etdiyi ilə bağlı iddialar yayılıb.
Üstəlik, icra başçısının zəif nəticə göstərən əməkdaşları işdən azad etdiyi bildirilib.
Məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Bizim.Media-nın sorğusuna belə cavab verilib:
“Aparat əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, xidməti məsuliyyətinin və peşə biliklərinin artırılması,idarəetmənin müasir tələblərə uyğunlaşdırılması üçün maarifləndirmə tədbirləri mütəmadi həyata keçirilir.
Maarifləndirmə tədbirləri rəhbərlik və əməkdaşlar tərəfindən yüksək dəyərləndirilir.
Dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və formalaşdırılması prioritet istiqamətlərdəndir. İşçilərin işdən çıxarılması məsələsi gündəmdə deyil”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:30 / 26.11.2025
Pirallahının icra başçısı əməkdaşları imtahan edib, zəif nəticə göstərənləri işdən ÇIXARIR? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Pirallahının icra başçısı əməkdaşları imtahan edib, zəif nəticə göstərənləri işdən ÇIXARIR? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Pirallahının icra başçısı əməkdaşları imtahan edib, zəif nəticə göstərənləri işdən ÇIXARIR? – RƏSMİ AÇIQLAMA
582511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































