Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatdı - FOTO

Hazırda oxunan: Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatdı - FOTO

582510

İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
 

MÖVZU İLƏ BAĞLI: 

Kəlbəcərə növbəti köç yola salındı – FOTO


Bizim.Media xəbər verir ki, bu gün köç karvanı ilə yenidən qurulan Kəlbəcər şəhərinə çatan 27 ailəyə (112 nəfər) mənzillərinin açarları təqdim olunub.

Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
 

Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələr yeni tikilmiş binalarda mənzillərlə təmin olunub.


Qeyd edək ki, köç edənlər Azərbaycanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin