Görüntüləri yayılan qızla bağlı Günay Ağamalıdan AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Görüntüləri yayılan qızla bağlı Günay Ağamalıdan AÇIQLAMA – VİDEO

582497

Milli Məclisin deputatı Günay Ağamalının qızı olduğu iddia edilən Nigar Həsənovanın “TikTok”da yayılan görüntüləri geniş müzakirələrə səbəb olub. Belə ki, sözügedən videoda boynunda xaç olan bir gənc xanım rəqs edir. Həmin xanımın dinini dəyişdiyi iddia edilib.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında deputat Günay Ağamalı bildirib ki, sosial mediada ailə üzvləri haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır:

“Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir”.

Millət vəkili qeyd edib ki, yayılan videodakı şəxs onun övladı deyil:

“Bu sifarişlə hazırlanmış bir qara-piar kampaniyasıdır. Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun qızıma heç bir aidiyyəti yoxdur.
 

Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir. Hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququna malikdir.


Bizi yolumuzdan heç kim çəkindirə bilməz. Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq.

Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram”, - deyə Günay Ağamalı vurğulayb.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin