Vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubovun və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin ədliyyə orqanlarından xaric edilərək qulluq keçmələrinə xitam verilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Bundan başqa, xidməti işinə məsuliyyətsiz yanaşaraq qanunla müəyyən olunmuş əsas vəzifələrini yerinə yetirmədiklərinə və fəaliyyətlərində digər ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar xidmətin bir qrup əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:30 / 26.11.2025
Nazir iki vəzifəli şəxsi İŞDƏN AZAD ETDİ
Hazırda oxunan: Nazir iki vəzifəli şəxsi İŞDƏN AZAD ETDİ
Hazırda oxunan: Nazir iki vəzifəli şəxsi İŞDƏN AZAD ETDİ
582496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































