Yanğında zərər görmüş şəxslərə sığorta ödənişi EDİLƏCƏK?

Hazırda oxunan: Yanğında zərər görmüş şəxslərə sığorta ödənişi EDİLƏCƏK?

582494

Son günlər bu və digər səbəbdən bir neçə çoxmərtəbəli binada yanğın hadisələri baş verib.

Yanğın hadisələrində bir neçə nəfər həyatını itirib, çox sayda şəxsin isə sağlamlığına ciddi zərər dəyib.
 

MÖVZU İLƏ BAĞLI: 

Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğına görə vəzifəli şəxs HƏBS EDİLDİ


Bəs bu insanlar sığorta ödənişi ala biləcəklərmi?

Sualı Bizim.Media üçün cavablandıran Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, əgər yanğın baş vermiş obyektlərin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta növü varsa, bu zaman insan sağlamlığına dəymiş zərər də qarşılanır:
 

“Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta növündə ümumi təminat 100 mindir. Bunun da 50 mini əmlaka, 50 min manatı isə insan sağlamlığına verilən təminatdır. Yanğın baş vermiş obyektlərin sığortası olması dəqiqləşdirdikdən sonra sığorta hadisəsi təsdiqlənəcək.


Bundan sonra daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat sığorta vəsaiti ödənilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin