Prezident İlham Əliyevin noyabrın 7-də imzaldığı sərəncamla “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən şəhid Vaqif Qurbanovun xanımı və qızı Prezident Əliyevə məktub yazıb.
Bizim.Media xəbər verir ki, Nəzakət Abdulla qızı Qurbanova və Sevinc Vaqif qızı Qurbanovanın məktubunda deyilir:
“Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Sizin daim ədalətə və vətəndaş dəyərlərinə verdiyiniz önəmə, xalqın və vətəndaşların dərdinə şərik çıxmağınıza görə Sizə minnətdarıq.
Cənab Prezident, Sizin imzaladığınız müvafiq Sərəncama əsasən Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi, baş leytenant Qurbanov Vaqif Bəxtiyar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.
Bu xəbəri eşitdikdə qürur hissi və sevinc göz yaşlarına tutulduq, sözlərlə ifadə edə bilmədiyimiz fərəh hissi keçirtdik.
Hörmətli cənab Prezident, bizim ailəyə dəstək olduğunuza və bu xoş anları bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk.
Allah Sizi qorusun!”
Xatırladaq ki, 1992-ci ildə şəhid olmuş baş leytenant Vaqif Qurbanov ölümündən 33 il sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.
Bizim.Media





























































































