"Şimal-Cənub dəhlizi üzrə işlər Azərbaycanın strateji rolunu daha da gücləndirir".
Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov Şimal-Cənub nəqliyyat dəhlizi üzrə görülən işlərdən danışarkən bildirib.
Onun sözlərinə görə, dəhliz çərçivəsində həyata keçirilən infrastruktur layihələri Azərbaycanı regionun Şimal və Cənub ticarət axınlarını birləşdirən strateji nəqliyyat qovşağı kimi daha da önə çıxarır.
R.Rüstəmov qeyd edib ki, Sumqayıt-Yalama dəmiryol xəttinin yenidənqurma işləri ilin sonuna qədər tamamlanacaq:
"Sumqayıt-Yalama xətti Şimal-Cənub dəhlizinin Azərbaycan üzərindən keçən seqmentinin ən vacib hissələrindən biridir. Bu layihənin başa çatdırılması daşımaların sürətini və təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq".
ADY sədrinin sözlərinə görə, qurum İran ərazisində Astaradakı yük terminalının tikintisi ilə bağlı da geniş işlər görüb:
"Astaradakı terminal üzrə işlərin böyük qismi artıq yekunlaşıb. Tikintinin tam başa çatdırılması 2026-cı ilin ilk rübünə planlaşdırılır".
R.Rüstəmov əlavə edib ki, cari ilin fevral ayından etibarən Bakı Beynəlxalq Dəniz Limanının Azərbaycan Dəmir Yollarına inteqrasiyası nəqliyyat sistemində vahid idarəetmənin gücləndirilməsinə xidmət edir.
O bildirib ki, limanın genişləndirilməsi və onu müasir logistika mərkəzinə çevirmək istiqamətində işlər dəhlizin səmərəliliyini artıran əsas komponentlərdəndir:
"Bakı Limanı bu gün yalnız Azərbaycanın deyil, bütün regionun qlobal ticarət zəncirinə inteqrasiyasında əsas düyün nöqtəsidir. İnfrastruktur imkanları, rəqəmsal idarəetmə sistemi, yaşıl liman konsepsiyası Avropa və Asiya arasında yük axınlarının optimallaşdırılmasına şərait yaradır".
Onun sözlərinə görə, liman Ələt Logistika Zonasının imkanları ilə birlikdə Orta Dəhlizin dayanıqlı və effektiv fəaliyyəti üçün əsas dayaq nöqtələrindən birinə çevrilib. (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:23 / 26.11.2025
Sumqayıt-Yalama dəmiryol xəttinin yenidənqurma işləri nə vaxt tamamlanacaq?
Hazırda oxunan: Sumqayıt-Yalama dəmiryol xəttinin yenidənqurma işləri nə vaxt tamamlanacaq?
Hazırda oxunan: Sumqayıt-Yalama dəmiryol xəttinin yenidənqurma işləri nə vaxt tamamlanacaq?
582474
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































