Saray körpüsünə gedən yolda genişləndirmə işləri BU TARİXDƏ bitəcək – RƏSMİ– VİDEO

Hazırda oxunan: Saray körpüsünə gedən yolda genişləndirmə işləri BU TARİXDƏ bitəcək – RƏSMİ– VİDEO

582473

Saray qəsəbəsini Sumqayıtla birləşdirən, Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpü istifadəyə verilsə də, ona aparan yolun genişləndirilməsi və yenidənqurma işləri ilə əlaqədar ərazidə rahat nəqliyyat hərəkəti hələ tam təmin olunmayıb.
 

Xüsusilə səhər və axşam pik saatlarında hərəkət zolaqlarının bir hissəsində iş getdiyi və tikinti avadanlıqları yerləşdirildiyi üçün tıxaclar yaranır.


Yolun tam hazır olmaması sürücülər üçün müəyyən çətinliklər yaratsa da, görülən işlərin yekunlaşmasının nəqliyyatın hərəkətinin rahatlığını artıracağı gözlənilir.

Hazırda körpünün ətrafının genişləndirilməsi işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin  (AAYDA) Bizim.Media-ya verdiyi məlumata görə, əsas işlər artıq yekunlaşıb:

“Mövcud yollar hər iki istiqamət üzrə 2 zolaqdan 4 zolaqlı yol olaraq genişləndirilib.
 

Artıq yeni asfalt örtüyünün döşənməsi, körpü məhəccərləri  və piyada səkilərinin tikintisi aparılır. Bu ilin sonu, yaxud gələn ilin əvvəli üçün görülən işlərin tamamən yekinlaşması nəzərdə tutulub”. 


Xatırladaq ki, Saray körpüsü bu ilin martında istifadəyə verilib.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin