Mehriban Zəkinin dələduzların hədəfinə çevrilməsi ilə bağlı “Kapital Bank”dan AÇIQLAMA– FOTO

Hazırda oxunan: Mehriban Zəkinin dələduzların hədəfinə çevrilməsi ilə bağlı “Kapital Bank”dan AÇIQLAMA– FOTO

582460

Son zamanlar insanları müxtəlif yollarla aldadaraq onlara məxsus vəsaitləri mənimsəməyə çalışan dələduzların hədəfi bu dəfə Xalq artisti Mehriban Zəki olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Xalq artisti dələduzluqla üzləşdi - VİDEO


Bizim.Media xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.

Məlum olub ki, özünü Kapital Bank əməkdaşı kimi təqdim edən dələduz ona WhatsApp sosial şəbəkəsi üzərindən zəng edib və şəxsi məlumatlarını istəyib. Dələduzluq halları ilə bağlı məlumatlı olan Mehriban xanım heç bir məlumat təqdim etməyib və dərhal bankla əlaqə saxlayıb. Bankdan ona həmin nömrənin həqiqətən də banka aid olmadığı bildirilib və zəng edən şəxsin dələduz olduğu təsdiq edilib.

Kapital Bank-dan mövzu ilə bağlı Bizim.Media-ya bildirilib ki, ehtiyatlı davrandığı və müştəriləri də bu mövzuda məlumatlandırdığı üçün Mehriban xanıma təşəkkür edirik.
 

Bir daha qeyd edirik ki, aidiyyatı qurumların və bankların təhlükəsizlik tədbirləri ilə yanaşı, hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmayaq ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesablarından və ya xarici nömrədən zəng edə bilməz.


Kapital Bank adından zəng edən şəxslərin isə bank əməkdaşı olub-olmadığını yoxlamaq olduqca asandır.

Bunun üçün müştərilər zəng edən şəxsdən mobil tətbiqə bank əməkdaşı olduğunu təsdiq edən bildiriş göndərməsini tələb edilə bilər. O həqiqətən bank əməkdaşıdırsa, vətəndaş Birbank mobil tətbiqində bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir:

“Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”.

Mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin