Biləcəridə işıq kəsiləcək

Hazırda oxunan: Biləcəridə işıq kəsiləcək

582451

Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 99 saylı Komplekt Transformator Məntəqəsində (KTM) 26 noyabr tarixində təmir-təftiş işləri həyata keçiriləcək.
 

Bununla əlaqədar olaraq saat 11:00-dan 12:00-dək Biləcəri qəsəbəsi DSK yolu, yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin