Alimlər bu it cinslərində canavar DNT-sini AŞKARLADILAR

Hazırda oxunan: Alimlər bu it cinslərində canavar DNT-sini AŞKARLADILAR

582442

Müasir itlərin əksəriyyətində zəif, lakin aşkar edilə bilən canavar “izi” mövcuddur. Bu da onların bədən ölçüsünə, qoxu hissi və davranış xüsusiyyətlərinə təsir göstərib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Amerika Təbiət Tarixi Muzeyinin tədqiqatçıları belə nəticəyə gəliblər.

Tədqiqat “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub.
 

Müəlliflər canavarların, cins və çoban itlərinin, həmçinin digər itlərin 2700-dən çox genomunu təhlil ediblər. Məlum olub ki, saf cins itlərin təxminən üçdə ikisində canavar DNT-sinin izləri var. Ən yüksək canavar gen tərkibi Çexoslovak qurd iti və Saarloos canavar itində tapılıb - 23% -dən 40%-ə qədər.


Populyar cinslər arasında ən yüksək canavar gen tərkibi böyük ingilis-fransız üçrəngli itində (4,7-5,7% canavar genləri) və Şelton “ovçarkası”nda (2,7%) tapılıb. Hətta balaca çihuahuada təxminən 0,2% canavar DNT-si aşkar edilib.

Təhlil həmçinin canavar genlərinin nisbəti ilə davranış xüsusiyyətləri arasında əlaqəni üzə çıxarıb. Minimum canavar DNT-si olan cinslərin daha çox mehriban, itaətkar və asanlıqla əhliləşdirilən olduğu deyilir. Daha yüksək canavar DNT tərkibi olan itlər çox vaxt müstəqil, ehtiyatlıdır və yad insanlara daha az güvənirlər.
 

Tədqiqatçılar qeyd edirlər ki, canavar genləri itlərin müxtəlif şərtlərə uyğunlaşmasına kömək edib. Çoban itlərində bu genlər qoxu reseptorlarını, Tibet mastiflərində isə yüksək hündürlükdə aşağı oksigen səviyyələrinə dözmək qabiliyyətini artırıblar.


Müəlliflər vurğulayırlar ki, geniş yayılmış fikrin əksinə olaraq, müasir itlərin əksəriyyətində bu izlər qalmaqdadır və insanın yanında təkamül uğurunun formalaşmasında mühüm rol oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin