Bu gün qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hazırda oxunan: Bu gün qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

582427

Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 26-da Sumqayıt şəhəri Çerkassi küçəsi 50-ci məhəllə ünvanında qaz təchizatında məhdudiyyətlər tətbiq olunacaq.
 

Görüləcək işlərlə bağlı bu gün saat 10:00-dan etibarən, həmin ərazidə yaşayan 600 abonentin qaz təchizatı dayandırılacaq.


Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin