Şəmkirdə qardaş bacısını BIÇAQLADI

Hazırda oxunan: Şəmkirdə qardaş bacısını BIÇAQLADI

582382

Şəmkirdə ailə münaqişəsi qanla nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində baş verib.

2005-ci il təvəllüdlü Nurlan Musayev münaqişə zəminində, kafelərdən birində ofisiant işləyən bacısı 1990-cı il təvəllüdlü, Minayə Nəbiyevanı bıçaqlayıb.
 

Hadisə Şəmkir şəhəri ərazisində, zərərçəkənin işlədiyi kafenin qarşısında baş verib. M.Nəbiyeva bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. O dərhal əməliyyata götürülüb, vəziyyəti orta-ağır hesab olunur. Nurlan Musayev saxlanılaraq istintaqa təhvil verilib.


Araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin