Həzi Aslanov stansiyasındakı təmir bu tarixdə BİTƏCƏK – RƏSMİ

Hazırda oxunan: Həzi Aslanov stansiyasındakı təmir bu tarixdə BİTƏCƏK – RƏSMİ

582340

Noyabrın 30-da Həzi Aslanov stansiyasındakı təmirin başlamasının 1 ili olacaq.  Stansiyadan müəyyən qrafiklə sərnişinlərin daşınması təmin olunur.

Ancaq yenə də maraqlıdır ki, təmir nə zaman yekunlaşacaq? Çünki nəzərə almaq lazımdır ki,  yaxın zamanda 28 May stansiyasında da yenidənqurma işlərinin başlanması nəzərdə tutulub.

Bizim.Media mövzuyla bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

“Hazırda “Həzi Aslanov” stansiyasının dalanında mərhələli şəkildə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Həmçinin gücləndirmə məqsədilə texnoloji proseslərin tələblərinə uyğun olaraq ən mühüm və çoxşaxəli silsilə inşaat tədbirləri görülür.

Qeyd olunmalıdır ki, bu müddətdə “Həzi Aslanov” stansiyası sərnişindaşıma fəaliyyətini dayandırmadan xidmət göstərir. Qatarların hərəkəti xüsusi qrafik əsasında təşkil olunub” - deyə “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib .

Açıqlamada qeyd olunub ki, stansiyada aparılan tikinti işlərinin 2026-cı il ərzində yekunlaşdırılması planlaşdırılır.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin