Xaricdən maşın gətirmək istəyən üç qardaş dələduzluğun qurbanı olub.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a şikayət ünvanlayan Şahin Vahid oğlu İbrahimov qeyd edib ki, qardaşları ilə birgə Çindən avtomobil almaq istəyərkən etibar etdikləri Fuad Elxan oğlu Cəfərzadə pulu götürdükdən sonra zənglərə cavab verməyib.
Şahin İbrahimov qeyd edib ki, onlara 60 min manat dəyərində ziyan dəyib.
"Biz üç qardaş (Şahin, Elçin, Samiq) Çindən maşın almaq üçün Fuad Cəfərzadə ilə əməkdaşlıq elədik. Ümumilikdə ona əvvəlcə 30 min dollar pul vermişik. Daha sonra 7 700 manatı isə gömrük və qeydiyyat üçün lazım olan vəsait kimi bizdən aldı. Maşınların gəlməsinə bir gün qalmış Fuad Cəfərzadə bizdə gömrük məsələlərini həll etmək üçün ödənişi və lazımi bütün sənədləri götürüb getdi. Bizə isə səhər saat 10-da yaxınlaşıb qeydiyyat prosesini həll etməyimizi söylədi. Lakin həmin günün axşamı biz onunla əlaqə saxlamaq istəyəndə zənglərimizi açmadı, telefonuna zəng çatmadı, "WhatsApp"dan ona yazdıq bundan sonra o bizi bloka atdı. Sonradan atasını tapıb oğlunun yerini soruşduq, lakin o dedi ki, "gedin nə edirsiniz, edin, mən bilmirəm", atası oğlunun yerini bilir, lakin gizlədir. Biz məsələ ilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət etmişik.
Bu olanlardan sonra biz dələduzun fotosunu sosial mediada paylaşdıq. Yalan olmasın, bəlkə də 50-60 nəfər bizə yazdı. Onlar deyirdilər ki, fotodakı şəxs dələduzdur, onlara da 10-30 min manat aralığında ziyan vurub".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli açıqlamasında bildirib ki, vətəndaşların "xarici ölkədən avtomobil gətirmək" vədi ilə Fuad Elxan oğlu Cəfərzadə tərəfindən aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı müraciətlər araşdırılır:
"Faktlar üzrə zərərçəkənlərə dəyən zərərin miqdarı 58 700 manat təşkil edir. Hazırda əməli törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:57 / 25.11.2025
Maşın almaq istəyən 3 qardaş dələduzluğun qurbanı oldu
Hazırda oxunan: Maşın almaq istəyən 3 qardaş dələduzluğun qurbanı oldu
Hazırda oxunan: Maşın almaq istəyən 3 qardaş dələduzluğun qurbanı oldu
582337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































