Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib.
Bizim.Media xəbər verir ki, rayon sakini olan bir nəfər polisə müraciət edərək kirayə verdiyi evdə yaşayan şəxsin oradan məişət əşyalarını oğurladığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 48 yaşlı E.Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Şöbə əməkdaşlarının rayon ərazisində keçirdikləri digər əməliyyat-axtarış tədbirlərilə isə bir nəfərə məxsus dəyəri 600 manat olan velosiped, eyni zamanda, aptekdən oğurluq edən iki nəfər - 47 yaşlı O.Eyyubov və həmyaşıdı T.Həsənov da müəyyən edilərək saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. (Oxu.az)
Bizim.Media






























































































